PSJ Bavariya və Barselona nın rekordunu təkrarladı

18.12.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PSJ 2025-ci ildə altıncı kuboku qazanıb.

Sportal.az xəbər verir ki, Paris klubu İnterkontinental Kubokunda "Flamenqo"ya qarşı finalda qələbə qazanaraq (1:1, penaltilərlə 2:1) 1 təqvim ilində ən çox kubok  qazanan 3-cü klub olub. Belə ki, PSJ bir təqvim ilində qazanılan titul sayına görə "Barselona" və "Bavariya"nın rekordunu təkrarlayıb. İspanlar 2009-cu ildə, almanlar isə 2020-ci ildə 6 kubok qazanmışdılar.

Qeyd edək ki, bundan əvvəl PSJ çempionat, Kubok, Fransa Superkuboku, Çempionlar Liqası və UEFA Superkuboku da daxil olmaqla bir neçə titulu qazanmışdılar.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью