Icma.az, Idman.biz saytına istinadən bildirir.
Fransanın PSJ futbol klubu Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobellə maraqlanır.
İdman.Biz Almaniyanın “Sport Bild” nəşrinə istinadla xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı qapıçının transfer imkanları ilə bağlı artıq bir neçə dəfə onun özü və ətrafı ilə əlaqə saxlayıb.
“Transfermarkt” portalı isveçrəli futbolçunun bazar dəyərini 40 milyon avro (80 milyon manat) qiymətləndirir. Kobel cari mövsümdə Dortmund klubunun heyətində bütün turnirlərdə 15 oyuna çıxıb və 16 qol buraxıb.
Qeyd edək ki, qapıçının “Borussiya” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Dortmund klubu onunla müqaviləni uzatmaq niyyətindədir və ilin sonuna qədər bu məsələni həll etməyə çalışır. Kobelin də Almaniya klubunda qalmağa müsbət yanaşdığı bildirilir.