Sportal.az saytına istinadən Icma.az xəbər verir.
"Çelsi"nin müdafiəçisi Malo Qüsto karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Premyer Liqa nəhəngi 23 yaşlı sağ cinah müdafiəçisi üçün 87 milyon avro tələb edir. PSJ isə bu məbləği aşağı salmağa çalışır.
Qeyd edək ki, "Çelsi" Malo Qüstonu 2023-cü ilin yanvarında "Lion"dan 30 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayında kimidir.
saytlarin hazirlanmasi