PSJ “Çelsi”nin futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

10.08.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Çelsi”də çıxış edən Entso Fernandes üçün 150 milyon avro ödəməyə hazırdır.

Bu barədə "Fichajes” məlumat yayıb.

Paris təmsilçisi yarımmüdafiə xəttinin 24 yaşlı argentinalı oyunçu ilə daha da güclənəcəyinə inanır. Ölkə çempionu tezlikdə danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, Fernandes 2023-cü ildə Portuqaliyanın "Benfika” komandasından "Çelsi”yə 121 milyon avro qarşılığında keçib.

///report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью