PSJ Çempionlar Liqasını darmadağınla qazandı

01.06.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, final oyununda İtaliya "İnter"i ilə Fransanın PSJ komandası üz-üzə gəliblər.

Həlledici görüş Almaniyanın Münhen şəhərində - "Alyans Arena"da baş tutub. 

PSJ milanlıları böyük hesabla - 5:0 məğlub edərək tarixində ilk dəfə bu titulu əldə edib. Parislilərə qitə kubokunu oyunda dubl edən Desire Dou, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya və Senni Mayulu qazandırıblar. 

UEFA Çempionlar Liqası
Final
31 may

PSJ (Fransa) - "İnter" (İtaliya) 5:0
Qollar:
Hakimi, 12. Dou, 20; 63. Kvaratsxeliya, 73. Mayulu, 87.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью