Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi turnirin Liqa mərhələsində keçirdiyi ilk 4 oyunda rəqib qapılarından 20 top keçirib.
Fransa nəhəngi bununla da Çempionlar Liqasının tarixində ilk 4 qarşılaşmada ən çox qol vuran komanda olub.
PSJ ilk turda “Slovan Bratislava”nı 6:1, ikinci turda “Mançester Siti”ni 4:2, üçüncü turda “Barselona”nı 4:2, dördüncü turda isə “Vilyarreal”ı 6:0 hesabı ilə məğlub edib.
Konanda keçirdiyi 4 oyunun hamısında qələbə qazanaraq 12 xal toplayıb və turnir cədvəlində liderliyini davam etdirir.
Qeyd edək ki, parislilər Çempionlar Liqasının Liqa mərhələsinin V turunda noyabrın 25-də doğma meydanda İtaliyanın “Roma” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ “Seltik” – “Beşiktaş” matçının hakimi bəlli oldu “Tenerife”nin futbolçusu meydanda aldığı zədədən sonra vəfat etdi - VİDEO