Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
PSJ Çempionlar Liqasının finalında "Arsenal"a qalib gəlsə, futbolçularına böyük məbləğdə pul mükafatı verəcək.
QOL.az xəbər verir ki, bu haqda "L`Equipe" məlumat yayıb.
Paris təmsilçisi ÇL-in qalibi olacaqları təqdirdə hər biri oyunçusuna 1 milyon avro bonus ayıracaq.
PSJ oyunçuları ötən yarışın finalında "İnter"i 5:0 hesabı ilə məğlub etdikləri üçün eyni məbləğdə mükafat qazanıblar.
Qeyd etmək lazımdır ki, bonus məbləğləri mövsümün əvvəlində müzakirə olunmuşdu. Fransa nəhənglərinin rəhbərliyi ilə danışıqlarda 4 komanda kapitanı — Markinyos, Usman Dembele, Aşraf Hakimi və Vitinya iştirak edirdi.
Xatırladaq ki, final görüşü mayın 30-da, Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.