Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Liqa 1 nəhənginin aparıcı üzvlərindən olan Əşrəf Hakimi sıradan çıxıb.
Mərakeşli sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunun "Bavariya" ilə matçında (1:2) sol ayağından zədə alıb. 27 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Flik "Barselona"dan ayrılmaq istəyir "Arsenal" ardıcıl 8 oyundur qol buraxmır ÇL: Tarixin ən gənc futbolçusu oldu Millimizin üzvü oynamadı, komandası heç-heçə etdi Kamerunlu futbolçu “Yunayted”in radarında