Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Fransa Liqa 1-in IV turunda “Brest”lə keçirilən matçda (1:0) zədələnib.
Futbolpress.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı mərakeşli sağ bud əzələsindən zədə alaraq qarşılaşmanın 39-cu dəqiqəsində əvəzlənməli olub.
Fransa təmsilçisinin yaydığı rəsmi bəyanatda deyilir:
“Dünən “Brest”lə oyunda sağ budundan zədə alan Əşrəf Hakimi növbəti iki gün ərzində tibbi heyətin nəzarəti altında olacaq. Bu müddətin sonunda futbolçu yenidən müayinədən keçəcək”.
Hakimi cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 7 matça çıxıb. Fransa çempionatında keçirdiyi 4 turdan sonra 5 xal toplayan “qırmızı-göylər” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.