PSJ də Dembele şübhəsi

03.11.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

PSJ-nin futbolçusu Osman Dembelenin Çempionlar Liqasında “Bavariya”ya qarşı oyunda iştirakı sual altındadır.

Futbolpress.az xəbər verir ki, fransalı vinger zədədən qayıtdıqdan sonra Liqa 1-də ötən həftə “Nitsa” ilə matçda ikinci hissədə oyuna çıxıb. O, daha sonra sağ arxa bud əzələsində ağrılar hiss edib. Dembelenin ağrılara baxmayaraq komandanın son məşqinə çıxdığı qeyd edilib.

Sabah keçiriləcək PSJ – “Bavariya” oyunu saat 23:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью