PSJ də Hakimi şoku Vəziyyəti iki gün sonra bəlli olacaq

14.09.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

PSJ müdafiəçisi Əşrəf Hakiminin zədəsi ilə bağlı açıqlama yayıb.

Apasport.az xəbər verir ki, mərakeşli futbolçu Fransa Liqa 1-in IV turunda “Brest”lə matç zamanı sağ budundan zədə alıb.

39-cu dəqiqədə əvəzlənən Hakiminin vəziyyəti yaxın iki gün ərzində klubun tibbi heyətinin nəzarətində olacaq.

Paris klubunun açıqlamasında bildirilib ki, bu müddət başa çatdıqdan sonra 27 yaşlı müdafiəçi yenidən tibbi müayinədən keçiriləcək və zədəsinin ağırlıq dərəcəsi müəyyənləşəcək.

Qeyd edək ki, PSJ Fransa çempionatında keçirdiyi 4 oyundan sonra 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Hakimi isə cari mövsümdə bütün turnirlərdə 7 matçda iştirak edib və məhsuldar ötürmə və ya qolla yadda qalmayıb.
 

PSJ-nin müdafiəçi İngiltərə klublarının hədəfində “Atletiko”da ciddi itki - Alvarez məşqdə zədələndi “Qalatasaray”ın matçı bu kanalda - TV AFİŞA Gürcüstanlı futbolçu “Arsenal”da - RƏSMİ “Barselona” misirli hücumçu ilə müqaviləni uzadıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью