PSJ də itki “Barselona”ya qarşı oynamayacaq

27.09.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

PSJ-də Liqa 1-də “Marsel”lə oyunda zədələnən Markinyosun durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi zədəsi üzündən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Markinyos Çempionlar Liqasında II turda “Barselona” ilə oyunu buraxacaq. Matç oktyabrın 1-də olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью