PSJ də yeni müqavilələr olacaq

20.11.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PSJ-də yeni müqavilələr olacaq

PSJ üç futbolçusu ilə müqaviləni uzatmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə “Canal+” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Paris klubu əsas heyətin bir neçə futbolçusu ilə eyni vaxtda yeni sözləşmə imzaladığını rəsmən elan edəcək.

Bunlar qapıçı Matvey Safonov və hücumçular Xviça Kvaratsxeliya ilə Dezire Duedir. Hər 3 oyunçu ilə 2032-ci ilədək müqavilə imzalanacağı gözlənilir. 

Bundan əlavə, PSJ rəhbərliyi Markinyos, Vitinya, Uorren Zair-Emeri, Əşrəf Hakimi və Nunu Mendeşlə də danışıqlara başlayıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью