Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
PSJ “Ayaks”ın vingeri Mika Qodtsun transferi üçün Amsterdam klubuna rəsmi təklif göndərib.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilər futbolçu üçün 40 milyon avroluq təklif irəli sürüb, lakin bonuslarla birlikdə bu məbləğ 45 milyon avroya çatır. “Ayaks”ın futbolçu üçün ilkin olaraq təxminən 60 milyon avro istəməsinə baxmayaraq, paytaxt təmsilçisinin təklifi bu rəqəmə yaxın olduğu üçün danışıqlar sürətlə irəliləyir.
21 yaşlı belçikalı futbolçu artıq PSJ-yə keçməyə razılıq verib və müqavilənin şərtləri razılaşdırılıb.
Qodts 2024-cü ilin yanvarından “Ayaks”da çıxış edir. Onun Niderland klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.