PSJ dən Arsenal a keçə bilər

06.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

PSJ-dən "Arsenal"a keçə bilər

Londonun "Arsenal" klubu PSJ-nin gənclər komandasının 18 yaşlı sol cinah müdafiəçisi Emmanuel Mbembanı azad agent kimi heyətinə qatmağı planlaşdırır.

QOL.az xəbər verir ki, Fransanın "Le Parisien" nəşrinin yaydığı məlumata görə, Paris klubu ona ilk müqaviləsini təklif etməsinə baxmayaraq futbolçu komandanı tərk etməyə çox yaxındır.

Mbembanın PSJ ilə 2024-cü ildə bağladığı gənclər müqaviləsinin müddəti bu yay başa çatır və "Arsenal" artıq gənc müdafiəçiyə öz təklifini göndərib. 

Bununla yanaşı, gənc oyunçunun İngiltərə Premyer Liqasında çıxış etməsi üçün milli komandada keçirdiyi matçların sayı kifayət etmir. Bu səbəbdən, əgər keçid rəsmən reallaşarsa, "topçular"ın onu inkişaf etməsi üçün başqa bir liqaya icarəyə vermək məcburiyyətində qalacağı qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью