Icma.az bildirir, Sportal.az portalına istinadən.
PSJ-nin futbolçusu İbrahim Mbaye karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Aston Villa" seneqallı vingerin keçidini həll edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə klubu 18 yaşlı ön xətt oyunçusu üçün 55 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İbrahim Mbaye PSJ-nin yetirməsidir. Seneqal millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi