PSJ dən ayrılan 38 yaşlı qolkiper Argentinaya üz tutdu

22.01.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Keylor Navasın yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, "Real"ın və PSJ-nin sabiq qapıçısı karyerasını Argentinada davam etdirəcək.

38 yaşlı qolkiper "Nyuells Old Boyz"un formasını geyinəcək. Kosta-Rika millisinin sabiq "çərçivə qoruyucusu"nun müqaviləsinin detalları barədə heç bir məlumat verilmir. 

Qeyd edək ki, Navasın son klubu 2024-cü ilin yayında ayrıldığı PSJ olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью