PSJ dən ayrılan portuqaliyalı Brazliya klubundan təklif alıb

08.10.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

Ötən yay  PSJ-dən ayrılan yarımmüdafiəçi Renato Sançes "San-Paulu"dan rəsmi təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Braziliya klubunun idman direktoru Rafinya — hansı ki, "Bavariya"da Sançeslə birlikdə çıxış edib — 29 yaşlı portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir.

Bununla belə, Braziliya klubu FİFA-nın transfer qadağası ilə üz-üzədir. Buna görə də "Ticketmaster" ilə imzalanmış irimiqyaslı müqaviləyə baxmayaraq, "San-Paulu" hazırda sövdələşməni yekunlaşdırmaq üçün konkret addımlar ata bilmir.

Qeyd edək ki, Sançes daha əvvəl "Lill", "Benfika", "Panatinaikos", "Suonsi" və "Roma" klublarında çıxış edib. O, həmçinin Portuqaliya millisində 32 oyun keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью