Icma.az, Qol.az saytına istinadən bildirir.
PSJ komandanın kapitanı Markinyosun gələcəyi ilə bağlı qərar qəbul edib.
QOL.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
PSJ təcrübəli futbolçunu komandada saxlamaq qərarına gəlib. Paris klubu 32 yaşlı braziliyalı müdafiəçiyə 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə təklif edib. Hazırda tərəflər şərtlərin müzakirəsi və danışıqlar mərhələsindədir.
Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Braziliyalı futbolçu Paris təmsilçisinin heyətində bütün turnirlərdə 531 oyuna çıxıb, 46 qol vurub və 12 məhsuldar ötürmə edib. O, PSJ ilə 2 dəfə Çempionlar Liqasının, 11 dəfə Fransa çempionatının və Fransa Superkubokunun, 8 dəfə ölkə kubokunun qalibi olub. Bundan başqa, müdafiəçinin aktivində Fransa Liqa Kubokunun 6, UEFA Superkubokunun 2 və FİFA Qitələrarası Kubokunun 1 titulu var.