Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Monako”nun və Fransa millisinin hücumameyilli yarımmüdafiəçisi Manes Akliuş PSJ-yə transfer olunmağa yaxındır.
Futbolpress.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. Monako təmsilçisi Paris klubunun 24 yaşlı futbolçu üçün etdiyi 50 milyon avroluq təklifini müsbət qarşılayıb.
Mənbənin sözlərinə görə, futbolçu özü PSJ-yə keçməyə razılıq verib, lakin müqavilənin şərtləri hələ tam dəqiqləşdirilməlidir.
Akliuş ötən mövsüm “Monako”nun heyətində keçirdiyi 43 matçda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.