PSJ dən tarixi ilk Parislilər 6 cı cəhddə bacardılar

30.04.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda "Arsenal" üzərində bu gecə qazandığı qələbə (1:0) PSJ üçün tarixi ilk olub.

Fanat.Az xəbər verir ki, bu matçadək tərəflər 5 dəfə üz-üzə gəlmiş və bu oyunların heç birində Fransa klubu gülən tərəf olmamışdı.

2016/2017 mövsümündə ÇL-in qrup mərhələsində qarşılaşan komandaların hər iki dueli bərabərliklə yekunlaşmışdı. Qitənin ən mötəbər klub turnirindəki 3-cü görüş isə ötən ilin payızında, Liqa mərhələsinin 2-ci turunda reallaşmış və "topçular"ın 2:0 hesablı qələbəsi ilə bitmişdi. 

Bundan başqa, "Arsenal"la PSJ-nin yolları UEFA Kuboklar Kubokunda da kəsişmişdi. Birinci matçda 1:1 hesabı qeydə alınmışdısa, ikinci oyunda londonlular sevinmişdilər -1:0.

Qeyd edək ki, Parisdəki cavab oyunu mayın 7-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью