Icma.az bildirir, Fanat portalına istinadən.
“Trabzonspor” Renato Sançesi heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, “Trabzonspor” Portuqaliya millisinin üzvü Renato Sançesi transfer etmək üçün PSJ ilə danışıqlara başlayıb.
Məlumata görə, Qara dəniz təmsilçisi 28 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq niyyətindədir.
“Aspor”un yaydığı xəbərə görə, “Trabzonspor” rəhbərliyi oyunçunun şərtlərini və “PSJ” ilə razılaşmanı mümkün qədər tez bir zamanda yekunlaşdırmaq üçün danışıqları davam etdirir.
Sançesin cari transfer dəyəri 3 milyon avro təşkil edir.
Kamil Xudiyev