Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ-dən yayın rekord təklifi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Arsenal"ın futbolçusu Bukayo Saka yay transfer dönəminin ən səs-küylü keçidlərindən birinin iştirakçısı ola bilər.
QOL.az xəbər verir ki, bu barədə “Goals Zone” nəşri məlumat yayıb.
PSJ Saka ilə ciddi şəkildə maraqlanır və onu yaxında transfer etməyi planlaşdırır. Paris təmsilçisinin 24 yaşlı vinger üçün təxminən 150 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Klub rəhbərliyi Sakanı hücum xəttini gücləndirməyə əsas namizədlərdən biri hesab edir. İngiltərəli futbolçunun komandadan ayrılması gündəmdə olan Gonçalo Ramosun əvəzləyicisi kimi düşünüldüyü vurğulanıb.
Xatırladaq ki, Saka hazırda İngiltərə millisinin və "Arsenal"ın əsas oyunçularından biridir.