Icma.az, Qol.az saytına istinadən bildirir.
PSJ-nin qapıçısı Canluici Donnarumma uzun müddət komandada qala bilər.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
PSJ qolkiperə 2029-cu ilin yayına qədər müqavilə təklif edib. Müqaviləyə əsasən, Donnarumma razılaşacağı təqdirdə illik gəliri 8 milyon avro maaş + 2 milyon avro bonus olacaq.
Vəziyyəti "Mançester Siti", "İnter" və "Napoli" də diqqətlə izləyir.
Qeyd edək ki, Donnarumma bu mövsüm PSJ-nin heyətində 40 oyun keçirib, 39 qol buraxıb.