Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ klubu “Barselona”dan Pedro Fernandes (Dro) transferini rəsmən tamamlayıb.
İdman.Biz xəbər verir ki, tərəflər arasında bu həftə aparılan danışıqlardan sonra klubdan-kluba razılaşma əldə olunub. Yekun transfer məbləği 6 milyon avroluq sərbəstqalma maddəsindən bir qədər yüksəkdir (təxminən 11,9 milyon AZN).
Məlumata görə, futbolçu ilə bağlı bütün şərtlər ötən həftə razılaşdırılıb. Dro tibbi müayinədən keçmək və müqaviləni imzalamaq üçün Parisə yollanıb.