PSJ Entso Fernandesi komandanın yeni lideri kimi görür

04.02.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

PSJ “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandesi növbəti mövsümdə komandanın əsas oyunçusuna çevrilə biləcək biri kimi görür.

İdman.Biz bu barədə Caught Offside-a istinadən bildirir.

Mənbənin məlumatına görə, London klubu argentinalı oyunçunu satmaq istəmir, lakin “maliyyə öhdəlikləri” səbəbindən bunu edə bilər. Fernandes satılarsa, “göylər” 100-110 milyon avro tələb edəcək. Fransa nəhəngi tələb olunan qiyməti ödəməyə hazırdır.

Argentinalı oyunçu 2023-cü ilin yanvar ayından bəri “Çelsi”də oynayır. Bu mövsüm Fernandes bütün yarışlarda 35 oyunda meydana çıxıb, 11 qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 85 milyon avrodur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью