Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qətərin “Qatar SC” futbol klubunun müdafiəçisi, PSJ-nin sabiq futbolçusu Presnel Kimpembe Çempionlar Liqası finalında xüsusi missiya yerinə yetirəcək.
İdman.Biz xəbər verir ki, fransalı mərkəz müdafiəçisi PSJ-nin finaldakı rəsmi səfiri seçilib.
30 yaşlı futbolçu oyun başlamazdan əvvəl Çempionlar Liqası kubokunu meydana gətirmək şərəfinə sahib olacaq. Bu qərarı PSJ prezidenti Nasser Əl-Xəlaifi və klubun idman rəhbərliyi şəxsən verib.
Kimpembe PSJ akademiyasının yetirməsi kimi əsas komandada 11 il çıxış edib. O, ötən yay Qətərin “Qatar SC” futbol klubuna keçib.
Fransalı müdafiəçi Paris klubunda böyük uğurlar qazanıb. O, ötən il İtaliyanın “İnter” futbol komandası üzərində qələbədən sonra Çempionlar Liqası kubokunu da qaldırıb.
Eyni zamanda İngiltərənin “Arsenal” futbol klubunun rəhbərliyi final üçün klub əfsanəsi Tyerri Anrini səfir kimi görmək istəyir. Lakin onun yayım öhdəlikləri bu qərarın reallaşmasına mane ola bilər.