PSJ finala çıxdı, 43 nəfər saxlanıldı

08.05.2025

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris polisi Çempionlar Liqası yarımfinalının PSJ – Arsenal (2:1) cavab oyunundan sonra baş vermiş iğtişaşlar zamanı 43 nəfəri saxlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Fransa paytaxtında təhlükəsizliyin təmin edilməsi üçün iki minə yaxın polis əməkdaşı yerləşdirilib. Həmçinin iğtişaşlar zamanı avtomobil piyadaların üzərinə aşıb, bundan sonra azarkeşlər maşınları yandırıblar.

PSJ Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq. Qarşılaşma mayın 31-də Münhendə baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью