PSJ Fransa millisinin üzvünü alır

13.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

PSJ “Aston Villa”nın müdafiəçisi Luka Dinin transferini tamamlamağa yaxındır.

Apasport.az xəbər verir ki, Paris klubu Fransa millisinin sol cinah müdafiəçisini heyətinə qatmaq üzrədir.

32 yaşlı futbolçunun “Aston Villa” ilə müqaviləsində sərbəst qalma maddəsi var.

Iddialara görə, bu məbləğ 10 milyon funt-sterlinqdən azdır.

Dinin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Luka Din 2025/26 mövsümündə Premyer Liqada 32 matçda meydana çıxıb. O, “Aston Villa”nın qalib olduğu Avropa Liqasında isə 11 oyuna start heyətdə başlayıb, o cümlədən finalda iştirak edib.

“Paris” müdafiəçini aldı – 20 milyon avroluq transfer Xorvatiya millisində yeni təyinat “Strasburq”un baş məşqçisi bəlli oldu “Dünyanın ən yaxşısı bizdədir” “Beşiktaş”dan ayrıldı - BƏƏ KLUBUNA KEÇDİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью