PSJ gürcü futbolçunun heç bir kluba buraxmayacaq

28.03.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

PSJ futbolçusu Xviça Kvaratsxeliya ilə vidalaşmaq fikrində deyil. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, "Arsenal" 25 yaşlı gürcünün transferində israrlı olsa da, Paris klubu onu əsas oyunçu hesab edir və onu heyətdə saxlamağı düşünür. 

Qeyd edək ki, Kvaratsxeliya 2025-ci ilin yanvarından PSJ-də oynayır. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. İldə 9 milyon avro maaş alan futboçuya əlavə 2 milyon avro bonuslar da nəzərdə tutulur.

O, bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью