PSJ heyətinin dəyərinə görə dünyada birincidir

01.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın PSJ klubu ümumi heyət dəyəri baxımından dünyada birinci yerə yüksələrək İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” klublarını geridə qoyub.

İdman.Biz-in Transfermarkt-a istinadən görə, Paris klubunun ümumi oyunçu dəyəri 1,37 milyard avrodur.

“Real Madrid” oyunçularının dəyəri 1,34 milyard avro ilə ikinci yerə düşüb. “Mançester Siti” (1,32 milyard avro) ilk üçlüyü tamamlayır.

UEFA Çempionlar Liqasının finalçıları “Arsenal” (1,23 milyard avro) və İspaniya çempionu “Barselona” (1,17 milyard avro) da ilk beşliyə daxildir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью