Icma.az, Apasport saytına istinadən bildirir.
İngiltərənin “Aston Villa” klubu “Parma” və Yaponiya millisinin qapıçısı Dzyon Suzuki ilə müqavilə imzalamağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər 23 yaşlı qolkiperin transferi ilə bağlı razılığa gəliblər.
Birmingem təmsilçisi Suzuki üçün “Parma”ya bonuslar nəzərə alınmadan 30 milyon avro ödəyəcək. Futbolçunun özü ilə isə 5 illik müqavilənin şərtləri razılaşdırılıb.
Qeyd edək ki, avqustun 11-də PSJ də Suzuki üçün “Parma” ilə anlaşmışdı. Lakin sonradan tərəflər arasındakı razılaşma baş tutmayıb. Buna səbəb Fransa klubunun futbolçunun nümayəndələrinin keçid üçün tələb etdiyi komissiyanı həddindən artıq yüksək hesab etməsi olub.
Musiala oyunda huşunu itirdi - İSTİYƏ GÖRƏ PSJ “Ayaks”ın gənc ulduzunu transfer etdi “İndi bir çox futbolçu PSJ-yə keçmək istəyir” “Lion”dan müdafiəçi transferi “Çelsi” futbolçusunu Çempionşipə göndərdi - RƏSMİ