PSJ ilin ən yaxşı klubu seçildi

27.10.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

PSJ ilin ən yaxşı klubu seçildi

Fransanın PSJ klubu ilin ən yaxşı komandası adına layiq görülüb.

QOL.az xəbər verir ki, Paris təmsilçisi bu mükafatı Londonda keçirilən “Qızıl top” mərasimində qazanıb.

PSJ ötən mövsüm UEFA Çempionlar Liqası, UEFA Superkuboku, Fransa Superkuboku, Liqa 1 və Qitələrarası kubokun qalibi olub. 

Bu mükafata İngiltərənin “Arsenal”, Almaniyanın “Bavariya”, Norveçin “Bude-Qlimt” və Braziliyanın “Flamenqo” klubları da namizəd göstərilmişdi.

Qeyd edək ki, mərasimdə ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibi də müəyyənləşdiriləcək. Mükafatın hazırkı sahibi PSJ-nin hücumçusu Usman Dembeledir. Bu mükafatı ən çox qazanan futbolçu isə 8 dəfə fərqlənmiş argentinalı Lionel Messidir.

Xatırladaq ki, PSJ ötən il də bu mükafata layiq görülmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью