PSJ İngiltərə klubunun futbolçusunu transfer etmək istəyir

20.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Fransanın PSJ klubu Ukrayna millisinin və İngiltərə təmsilçisi "Bornmut"un üzvü İlya Zabarnını transfer etmək istəyir.

"Report" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bunun üçün artıq ilk addımı atıb.

Zabarnı Ukraynanın "Dinamo" klubunun yetirməsidir. O, 2023-cü ilin yanvarında Premyer Liqa təmsilçisi "Bornmut"a keçib.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi cari mövsüm Premyer Liqada 16 oyun keçirib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью