PSJ isveçli hücumçunu transfer edir

06.03.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Nyukasl”ın hücumçusu Aleksander İsak karyerasını Fransada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, PSJ futbolçunun xismətində maraqlıdı. Paris təmsilçisi hücumçunu transfer etmək üçün israrlıdı və yayda danışıqlara başlayacaq.

25 yaşlı isveçli forvard bu mövsüm bütün turnirlərdə 31 matçda meydana çıxıb, 22 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı İsakın dəyərini 75 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью