Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında (ÇL) XXI əsrin yeni rekordunu müəyyənləşdirib.
Oxu.Az "Opta Jean" statistik portalına istinadən xəbər verir ki, Paris təmsilçisi buna yarımfinal mərhələsinin ilk oyununda İngiltərədə "Arsenal"a qalib gəlməklə (1:0) nail olub.
Ölkə çempionu XXI əsrdə Fransa təmsilçiləri arasında ÇL-də bu raundda səfərdə qələbə qazanan ilk komandadır.
34 il əvvəl, 1991-ci ildə "Marsel" qitənin bir nömrəli klub turnirində Rusiyada Moskva "Spartak"ını üstələmişdi - 3:1.
Qeyd edək ki, PSJ və "Arsenal" arasında cavab oyunu mayın 7-də baş tutacaq.