PSJ Kvaratsxeliyanın əvəzinə braziliyalı hücumçu axtarır: altı klub rəqabətə qoşulub

20.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

PSJ ciddi zədə səbəbindən uzun müddət meydana çıxa bilməyəcək Xviça Kvaratsxeliyanı əvəzləmək üçün transfer bazarında axtarışlarını davam etdirir. Fransa klubu Braziliyanın “Flamenqo” komandasında çıxış edən Samuel Linonu diqqət mərkəzinə alıb.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı cinah hücumçusuna marağını artırıb.

Lakin PSJ braziliyalı futbolçunu transfer etmək istəyən yeganə klub deyil. “Yuventus”, “Roma”, “Napoli”, “Everton” və “Aston Villa” da Linonun vəziyyətini yaxından izləyirlər.

“Flamenqo” isə futbolçusunu satmağa tələsmir. Braziliya klubu yalnız 30 milyon avro (təxminən 57,3 milyon manat) civarında təklif alacağı halda danışıqlara başlamağa hazırdır.

Samuel Lino 2025-ci ilin yayından “Flamenqo”nun formasını geyinir. Onun klubla müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.

Qeyd edək ki, PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya oktyabrda “Barselona” ilə Çempionlar Liqası matçında dizinin ön çarpaz bağını qoparıb və əməliyyat olunub. Onun mövsümün qalan hissəsini buraxacağı gözlənilir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью