PSJ “Lans” ilə xal fərqini artırdı

07.03.2026

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransada bu tura qədər çempionluq uğrunda gərgin mübarizə gedirdi. Ancaq “Havr”ı məğlub edən PSJ ən yaxın izləyicisi ilə xal fərqini 4-ə çatırdı. Barkolyanın qolu hesabına qalib gələn paytaxt klubunun 79-cu dəqiqədə penaltini boşa verdiyini (Due qapıçıya uduzdu) də vurğulayaq.

"Football-plus.az" xəbər verir ki, ötən tur “Monako”ya uduzan “Lans” bu turda “Strasbur”la heç-heçə etdi. Mövsümün 3-cü və 4-cü komandaları da üz-üzə gəldi. Buna qədər “Lion”dan 5 xal geri qalan “Marsel” “şirlər”i məğlub etməklə xal fərqini 2-yə endirdi. “Lill” ilə “Renn”in hərəyə 40 xalı var. Bu komandalar, uyğun olaraq, “Nant” ilə “Tuluza”nı məğlub etdi.
“Monako” ardıcıl 3-cü oyunda qələbə qazandı. “Knyazlar”ın növbəti qurbanı “Anje” oldu. “Renn” evdə “Tuluza”ya, “Paris” “Nitsa”ya minimal hesabla qalib gəldi. “Loryan” – “Oser” oyununda qalib müəyyənləşmədi, “Brest” səfərdə “Mets”ə qalib gəldi.
24-cü tur
Havr – PSJ 0:1

Barkolya, 37. (23569)
PSJ: Safonov, Hakimi, Zabarnı, Paço, L.Ernandes, Zair-Emeri, Vitinya, Fernandes (Mendeş, 61), Li Kan İn (Due, 61), Barkolya, Kvaratsxeliya (Mbaye, 71).
Marsel – Lion 3:2
Payşao, 52. Obameyanq, 81; 90+1 – Tolisso, 3. İmber, 76. (66225)
Marsel: Rulyi, Vea (Pavar, 84), Balerdi, Agerd, Emerson, Höybyerq, Qrinvud (Nadi, 90+4), Timber (Payşao, 46), Kondoqbia (Abdelli, 85), Traore (Nvaneri, 63), Obameyanq.
Strasbur – Lans 1:1
Paniçelli, 18 – Sanqare, 62. (31323)
Monako – Anje 2:0
Baloqan, 57. Adinqra, 62. (5186)
Renn – Tuluza 1:0
Norden, 27. (28060)
Paris – Nitsa 1:0
Munetsi, 26. (13642)
Lill – Nant 1:0
Nqoy, 90+4. (39161)
Loryan – Oser 2:2
Dyenq, 19; 29 – Senaya, 1. Kazimir, 24. (16051)
Mets – Brest 0:1
Ajork, 69. (18119)
1. PSJ 24 18 3 3 53-19 57
2. Lans 24 17 2 5 45-21 53
3. Lion 24 14 3 7 39-26 45
4. Marsel 24 13 4 7 51-33 43
5. Lill 24 12 4 8 37-31 40
6. Renn 24 11 7 6 38-35 40
7. Monako 24 11 4 9 40-36 37
8. Strasbur 24 10 5 9 40-31 35
9. Brest 24 9 6 9 32-34 33
10. Loryan 24 8 9 7 34-38 33
11. Tuluza 24 8 7 9 33-28 31
12. Anje 24 8 5 11 22-30 29
13. Havr 24 6 8 10 20-30 26
14. Paris 24 6 8 10 28-40 26
15. Nitsa 24 6 6 12 30-44 24
16. Oser 24 4 6 14 19-35 18
17. Nant 24 4 5 15 22-41 17
18. Mets 24 3 4 17 22-53 13
Bombardirlər: Qrinvud (Marsel), Paniçelli (Strasbur) - 14, Lepol (Renn) – 12, Said (Lans) - 10.
Turun rəqəmi
5 – PSJ cari mövsümdə bütün turnirlərdə 10 penalti qazanıb, beşini boşa verib. “Havr”la oyunda “nöqtə”yə yaxınlaşan Dezire Due də şansı qaçırdı. Çempion son üç penaltini qola çevirməyib.
Turun ulduzu
Pyer-Emerik Obameyanq (Marsel) – təcrübəli qabonlu forvard “Lion”la önəmli oyunun taleyini həll etdi. Məhz onun 81-ci və 90+1-ci dəqiqədə vurduğu qollar “Marsel”ə qələbə qazandırdı. 37 yaşını yanvarda tamamlayan Obameyanq cari mövsümdə 8 dəfə fərqlənib.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Qol vəziyyətləri yaratdıq, penaltini boşa verdik. Havrda əziyyət çəkmək istəmirsənsə, dəqiq olmaq lazımdı. Səbr məşqçi həyatının bir hissəsidi. Oyunun əksər bölümündə məyus idim, çünki daha artığına layiqik. “Artırmalıyıq”, mən də həmçinin. Həm hücumda, həm də müdafiədə müəyyən qeyri-dəqiqliklər var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью