PSJ Lionun rekordunu qırdı

16.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

PSJ klubu Fransanın digər təmsilçisi "Lion"un UEFA Çempionlar Liqasındakı rekordunu qırıb.

Bakıvaxtı.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu buna İngiltərədə "Aston Villa"ya uduzduğu (2:3) 1/4 final mərhələsinin cavab oyununda nail olub.

Parislilər cari mövsüm qitənin bir nömrəli klub turnirində 30 qola imza atıb. "Lion" 2004/2005 mövsümündə 29 qolla yadda qalıb.

Qeyd edək ki, Fransada "Aston Villa"nı 3:1 hesabı ilə üstələyən PSJ Çempionlar Liqasında yarımfinala yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью