Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyalı Luis Enrike bir müddət əvvəl FİFA-nın versiyası üzrə ilin ən yaxşı məşqçisi sayıldı.
"Football-plus.az" xəbər verir ki, PSJ bu il onun rəhbərliyi altında, demək olar ki, bütün mümkün titulları qazanıb: Çempionlar Liqası, Fransa çempionluğu, ölkə kuboku və Superkuboku, həmçinin UEFA Superkuboku və Qitələrarası kubok. Parislilər 7-ci titulu da qazana bilərdilər. Ancaq klublararası dünya çempionatının finalında “Çelsi”yə uduzdular (0:3).
AS nəşrinin yaydığı xəbərə inansaq, Paris klubunun rəhbərliyi mütəxəssisin uğurlarından o dərəcədə razıdı ki, ona ömürlük müqavilə belə təklif etməyə hazırdı. Bəs bu realdımı?
Luis Enrike 2023-ün yayında PSJ-nin “sükanı arxasına” keçib. İspaniyalı mütəxəssislə indiki müqavilənin müddəti 2027-ci ilin yayına qədərdi. Ancaq klub bossları belə hesab edir ki, ilyarım bütün uzunmüddətli planları gerçəkləşdirmək üçün yetərli vaxt deyil. Baş məşqçi bütün həlledici qərarlarla bağlı klub rəhbərliyindən tam dəstək görür. Və qazanılan titullar da seçilən formulun yaxşı işləməsinin təsdiqidi.
Yenə də yuxarıda adı çəkilən nəşr xəbər verir ki, Qitələrarası kubokun Dohada keçirilən final oyunundan sonra PSJ rəhbərliyi ispaniyalıya unikal təkliflə üz tutmaq üzərində baş sındırıb:
“Klubda artıq mütəxəssislə ömürlük müqavilə imzalamaq imkanını gözdən keçirirlər”.
“Altı titul pis deyil. Bu qələbə o anlama gəlir ki, gələn il futbolkamızda əlavə bir nişan da olacaq. Yenə ötən mövsümdəki mübarizə əzmini ortaya qoyduq. Bundan sonra da hədəfimiz dəyişməyəcək – qələbələri davam etdirmək, ən yaxşı oyunumuzu göstərmək”.
“Parisdə hər kəs mənə təşəkkür edir, ancaq bu, mənim işimdi. Bu klubu təmsil etmək bizim üçün şərəfdi. Bu ruhda da davam etmək lazımdı. Unudulmaz il idi, ancaq indi bundan sonrakı oyunlara köklənmək lazımdı”.