PSJ Luis Enrikeyə yeni müqavilə təklif etdi

31.01.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Pari Sen Jermen” (PSJ) klubu ispaniyalı baş məşqçi Luis Enrikeyə 2030-cu ilin yayına qədər müqavilə təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Football Espana” nəşri məlumat yayıb.
Məlumata görə, Enrikenin müqaviləsinin 2027-ci ildə bitəcəyi ilə bağlı xəbərlərə baxmayaraq, məşqçinin yeni müqavilənin razılaşdırılmasının son mərhələsində olduğu bildirilib.
Nəşr qeyd edib ki, məşqçi Parisdə özünü yaxşı hiss edir və yaydan əvvəl gələcəyi ilə bağlı qərar vermək istəyir.
Nəşr iddia edir ki, Paris klubunun rəhbərliyinin Enrikeyə 2030-cu ilə qədər müqavilə təklif etməsi təsadüfi deyil. Çünki idman direktoru Luis Kamposun müqaviləsi də eyni vaxtda başa çatır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью