PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq

14.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

PSJ Fransa millisinin futbolçusu Luka Dinlə üçillik müqavilə imzalayacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

32 yaşlı cinah müdafiəçisi İngiltərə təmsilçisi "Aston Villa"dan Paris komandasına keçir.

Rəsmi sözləşmə dünya çempionatından sonra bağlanacaq.

Xatırladaq ki, Luka Din ötən mövsüm Premyer Liqa klubunda 33 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl, 2013-2015-ci illər aralığında PSJ-də oynayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью