PSJ matça klub tarixinin ən gənc heyəti ilə çıxıb

11.05.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Fransa Liqa 1-də çempionluğu təmin edən PSJ rekorda imza atıb.

Apasport.az xəbər verir ki, komanda XXXIII turun "Monpelye" ilə görüşünə (4:1) klub tarixinin ən gənc start heyətini çıxarıb. 

Meydanda yer alan futbolçuların orta yaşı 21 yaş 251 gün olub.

Paris təmsilçisinin əsas futbolçuları - Canluici Donnarumma, Əşrəf Hakimi, Markinyoş, Uilyam Paço, Nuno Mendeş, Vitinya, Fabian Ruiz və Usman Dembele matçın heyətində yer almayıblar.

Baş məşqçi Luis Enrike həmin oyunçulara istirahət verib.

Kerem vurdu, “Benfika” heç-heçə etdi “Bavariya” qalib gəldi - Çempionluğunu qeyd etdi La Liqa: “Valensiya”dan inamlı qələbə “Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır Premyer Liqa: “Siti” “Southempton”la bacarmadı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью