Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
PSJ Matvey Safonov üçün yeni rəqib transfer etməyi planlaşdırır. Fransa nəhəngi artıq qapıçı mövqeyi üçün namizədini müəyyənləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Məlumata görə, Paris təmsilçisi "Milan"ın 18 yaşlı qapıçısı Alessandro Lonqonini almaq istəyir.
Son bir neçə həftə ərzində PSJ rəhbərliyi və məşqçilər korpusu qapıçı xəttində rəqabətin artırılması məsələsini müzakirə edib. Məşqçilər heyəti komandanın heyətinə daha bir gənc qapıçının cəlb edilməsinə ehtiyac olduğunu qərara alıb.
Bildirilir ki, Lonqoninin transferi artıq razılaşdırılıb və gənc qapıçı PSJ-yə keçidə hazırlaşır.
Matvey Safonov 2024-cü ilin iyun ayında "Krasnodar" klubundan PSJ-yə transfer olunub. Onun Fransa klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.