PSJ “Milan”ın yetirməsi olan qapıçını transfer etdi

29.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Son Fransa çempionu PSJ heyətini yeni qapıçı ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Paris təmsilçisi italiyalı qolkiper Alessandro Lonqoni ilə müqavilə imzalayıb. 18 yaşlı qapıçı komandaya azad agent kimi qoşulub. O, İtaliyanın “Milan” klubunun yetirməsidir.

Alessandro Lonqoni yeni mövsümdə PSJ-nin üçüncü qapıçısı olacaq. Ötən mövsüm bu funksiyanı yerinə yetirən Renato Marinin isə icarə əsasında Portuqaliya klublarından birinə göndərilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью