Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransanın PSJ klubu müqaviləsinin müddətinin uzadılması ilə bağlı baş məqşçisi Luis Enrike ilə danışıqlara başlayıb. SİA məlumat verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Paris təmsilçisinin rəhbərliyi 55 yaşlı mütəxəssisin komandada qalmasının tərəfdarıdır. Onun hazırki sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Luis Enrike 2023-cü ildən PSJ-də işləyir. Komanda onun rəhbərliyi altında iki dəfə Liqa 1-də, eyni sayda ölkə kubokunda çempionluq sevinci yaşayıb. Parislilər ötən il UEFA Çempionlar Liqası və UEFA Superkubokunu da qazanıblar.