PSJ “Napoli”dən Kvaratsxeliyanı transfer etdiyini açıqlayıb AZƏRTAC

18.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 yanvar, AZƏRTAC

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Fransanın PSJ komandasına keçib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı oyunçu ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Paris klubu bu transfer üçün İtaliyanın “Napoli” komandasına 70 milyon avro ödəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью