Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Madridin “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Li Kan İnin transferini rəsmən açıqlayıb.
25 yaşlı Cənubi Koreya millisinin üzvü ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Li Kan İn 2023-cü ilin yayından PSJ-də çıxış edirdi. O, Paris klubunun heyətində bütün turnirlərdə 124 oyuna çıxaraq 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi PSJ ilə iki dəfə UEFA Çempionlar Liqasının, üç dəfə isə Fransa çempionatının qalibi olub.
Qeyd edək ki, Li Kan İn PSJ-yə keçməzdən əvvəl İspaniyanın “Malyorka” klubunda çıxış edib.
Belçika millisində yeni təyinat Ronaldo millidən gedir? – Tarix açıqlandı "Qalatasaray" meydana çıxır – "Monza" ilə üz-üzə Seneqalda baş məşqçiliyə əsas namizəd: Patrik Viera Leao uğrunda İstanbul derbisi – Mendeş və Qardi iş başında