PSJ nin 10 futbolçusu Qızıl top un namizəd siyahısına düşəcək İDDİA

08.09.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qızıl top" mükafatına namizəd olan 30 nəfər arasında PSJ-nin 10 oyunçusu da olacaq.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu jurnalist Ben Ceykobs iddia edib.

"Qızıl top" mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Futbolun ən yaxşı fərdi mükafatına namizədlərin siyahısı bu gün açıqlanacaq.

Mənbənin məlumatı təsdiqlənərsə, PSJ tək bir komandadan namizədlərin sayına görə yeni rekord qıracaq. Keçən il PSJ-nin doqquz oyunçusu "Qızıl top" mükafatına namizəd göstərilmişdi.

Namizədlər siyahısında həmçinin "Əl-Nəsr"in və Seneqal millisinin cinah oyunçusu Sadio Manenin və "Əl-Kadisiya"nın və Meksika yığmasının hücumçusu Julian Quinonesin də yer alacağı gözlənilir.

Hazırda “Qızıl top”un qalibi PSJ və Fransa millisinin vingeri Ousman Dembeledir. Mükafata həmçinin Vitinya (3-cü), Əşrəf Hakimi (6-cı), Canluici Donnarumma (9-cu), Nuno Mendeş (10-cu), Xviça Kvaratsxeliya (12-ci), Dezire Due (14-cü), Juan Neveş (19-cu) və Fabian Ruis (24-cü) namizədlər var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью