PSJ nin 19 yaşlı oyunçusundan unikal nailiyyət

01.06.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümünün finalında "İnter"ə iki qol vuran və bir məhsuldar ötürmə edən PSJ-nin 19 yaşlı fransalı oyunçusu Dezire Due ÇL-nin finallarında unikal nailiyyətə imza atıb.

Oxu.Az "Opta Sport"a istinadla xəbər verir ki, D.Due ÇL-nin həlledici matçında üç məhsuldar hərəkətlə yadda qalan ilk futbolçu olub.

Bundan əlavə, fransalı ÇL finalında qol+ötürmə və dubl edən ən gənc oyunçu olub (19 yaş 362 gün).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью